Ukraynada ötən 24 saat ərzində 15 331 nəfərin koronavirusa yoluxduğu qeydə alınıb ki, bu da epidemiya dövrünün ən yüksək göstəricisidir. SİA-nın xəbərinə görə, bu barədə səhiyyə naziri Maksim Stepanov feysbuk səhifəsindən məlumat paylaşıb.
Bundan əvvəlki rekord hədd olan 14 575 yoluxma noyabrın 20-da qeydə alınmışdı. Ümumiyyətlə, koronavirus epidemiyası dövründə Ukraynada 677 189 nəfər yoluxub ki, bunların 11 717 nəfəri ölüb, 317 395 nəfəri də sağalıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB