Tramp prezident seçkilərində qalib gəldiyini növbəti dəfə bəyan edib

ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində qalib gəldiyini növbəti dəfə bəyan edib. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Pensilvaniada çıxışı zamanı bildirib. Tramp seçkilərin saxtalaşdırıldığını deyərək bununla razılaşmayacaqlarını diqqətə çatdırıb: "Bu seçkiləri asanlıqla qazandıq, geniş bir fərqlə qazandıq... Bu seçki saxtalaşdırıldı, bununla razılaşa bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə