İsrailə casusluqda ittiham olunan avstraliyalı xanım 3 iranlı ilə dəyişdirilib

İsrailə casusluqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilən avstraliyalı Kayli Mur Gilbert digər ölkələrdə müxtəlif ittihamlarla həbs olunan 3 iranlı ilə dəyişdirilib.

SİA xəbər verir ki, 31 yaşlı Kayli Mur Gilbert 2 il öncə həbs olunmuş və 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İran Dövlət Televiziyası xanım Kayli Mur Gilbertlə dəyişdirilən 3 iranlının kimliyini açıqlamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə