Ukraynada COVID-19-a yoluxma hallarının kəskin artması halında təcridetmə tətbiq olunacaq

Lokdaunun tətbiqinin Ukrayna iqtisadiyyatı üçün ciddi zərbə olmasına baxmayaraq, ölkədə COVID-19-a yoluxma hallarının kəskin artması halında belə qərar verilə bilər.

SİA xəbər verir ki, bunu Ukrayna Prezidentinin müşaviri Oleq Ustenko "Ukrayna 24" efirində açıqlayıb.

Eyni zamanda, hökumət üçün ön planda əhalinin sağlamlığı məsələsinin olduğunu və bu vəziyyətdə ölkə iqtisadiyyatının arxa plana keçdiyini də əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynada virusla bağlı xoşagəlməz vəziyyət səbəbindən hökumətin COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərini gücləndirdiyini və karantin səbəbindən zərər çəkən müəssisələri dəstəkləmək üçün yeni vasitələr tətbiq etdiyini söyləyib.

Xatırladaq ki, Ukraynada son bir gündə 12.287 yeni yoluxma qeydə alınıb.

Bu günədək ölkədə 647.976 nəfər bu virusa yoluxub, 11.263 nəfər ölüb, 299.358 nəfər sağalıb, 348.618 nəfər aktiv xəstə olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə