Rusiyada son sutkada 491 nəfər koronavirusdan ölüb

Rusiyada son bir gündə daha 24 326 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 138 828 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 491 nəfər artaraq 37 031-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 634 671 nəfər sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə