14 bölgənin istintaq idarələrinə yeni rəhbərlər təyin edildi

14 bölgənin istintaq idarələrinə yeni rəhbərlər təyin edildi

Bu gün Rusiya prezidenti Dmitri Medvedyev 14 bölgənin istintaq idarələrinə yeni rəhbərlər təyin edib. SİA-nın xəbərinə görə, prezidentin sərəncamı ilə Moskva Şəhəri Baş İstintaq İdarəsinin rəhbəri polkovnik Vadim Yakovenko öz postunda qalıb. D.Medvedevin digər sərəncamları ilə polkovniklər Rim Qabdullin Başqırdıstan, İvan Kovalyov Nijeqorod, Marina Parastayeva Sankt-Peterburq, Valeri Safonov Volqoqrad vilayətlərinin istintaq idarələri rəhbərlərinin müavinləri təyin ediliblər. Bundan əlavə, polkovnik Aleksandr Poltinin Volqaboyu istintaq idarəsinin nəqliyyat üzrə rəhbəri, polkovnik Andrey Strıjakov Şimal-Qərb, mayor Andrey Utkin Primorsk diyarı, polkovnik Eduard Şramko Perm diyarı istintaq idarələri rəhbərlərinin nəqliyyat üzrə birinci müavinləri seçiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə