Özbəkistan prezidentinin Hindistana səfəri zamanı bir sıra məsələr müzakirə olunacaq

Özbəkistan prezidentinin Hindistana səfəri zamanı bir sıra məsələr müzakirə olunacaq

Özbəkistan Respublikasının prezidenti İslam Kərimov Hindistan Respublika prezidenti Pratibha Patilin dəvəti ilə bu ölkəyə səfər edib. SİA-nın xəbərinə görə, 17-18 may tarixlərini əhatə edəcək səfər zamanı tərəflər ikili əlaqələri və bölgəni daha çox maraqlandıran Əfqanıstan problemini müzakirə edəcəklər.

Ziyarət çərçivəsində iki ölkə arasında yeni razılaşmaların imzalanması gözlənilir. Hindistan səfərində Kərimova bəzi nazirlər, millət vəkilləri və işadamları yoldaşlıq edir.

İki tərəfin həmçinin, təbii qaz ağırlıqlı enerji mövzusu üzərində danışıqlar aparması gözlənilir. Özbəkistanın qısa adı TAPİ (Türkmənistan-Əfqanıstan-Pakistan və Hindistan) olan təbii qaz boru xəttinə qatıla biləcəyi vurğulanır. Bu xətt Orta Asiya təbii qazını Cənub Asiyaya daşıyacaq ilk dəhliz olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə