Böyük Britaniyada ötən sutka yeni növ koronavirusa 18,6 min nəfər yoluxub
Böyük Britaniyada ötən sutka yeni növ koronavirusa (COVİD-19) 18,6 min nəfər yoluxub.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusa yoluxanların ümumi sayı 1,5 milyonu ötüb. Beləliklə, Britaniya ABŞ, Hindistan, Braziliya, Fransa, Rusiya və İspaniyadan sonra 1,5 milyon yoluxma göstəricisini keçən dünyanın yeddinci ölkəsi oldu.
Bildirilir ki, ümumilikdə koronavirusla bağlı xəstəliklərdən ötən sutkada 398 olmaqla 55 024 ölüm hadisəsi qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB