Gürcüstanda son sutkada daha 4 048 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 856 nəfər sağalıb, 49 pasiyent isə vəfat edib. SİA-nın verdiyi məlumata görə, hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 104 732 yoluxma halı təsdiqlənib. Virusa yoluxanların 85 639-u sağalıb, 976-sı isə ölüb.
Hazırda karantin zonalarında 2 159, stasionar nəzarətdə 6 189 nəfər var. 3 449 nəfər isə xüsusi otellərdə tibbi nəzarət altında saxlanılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB