Ceyms Kartrayt İşıq Koşanerlə görüşüb

Ceyms Kartrayt İşıq Koşanerlə görüşüb

ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general Ceyms Kartrayt Türkiyəyə səfərə gəlib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Aslan Günerin dəvətlisi olan general Kartrayt Türkiyə ordusunun rəhbəri, general İşıq Koşanerlə görüşüb.

Türk və amerikalı hərbi rəsmilərin görüşündə PKK terror təşkilatı ilə mübarizədə ABŞ-ın dəstəyinin daha da artırılması məsələsi ön plana çıxır. Regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyi səfər əsnasında Liviyadakı NATO əməliyyatının gündəliyə gəlməsi gözlənilir. General Katrayt İzmirdə NATO Baş Komandanlığını da ziyarət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə