Şəhər meri: \"Şəhəri yenidən tikmək lazım gələcək\"

Şəhər meri: \"Şəhəri yenidən tikmək lazım gələcək\"

Kanadanın Albert əyalətində yerləşən Slev-Leyk şəhərində baş verən yanğınlar nəticəsində sakinlərin hamısı evakuasiya edilib. SİA-nın xəbərinə görə, şəhərdə güclü külək alovun daha geniş əraziyə yayılmasına şərait yaradıb. Belə ki, yanğın şəhərdə hər 3 binadan 1-ni əhatə etdiyi üçün 7 min insan ərazidən köçürülüb. Alov xüsusən yollarda ciddi problemlərə səbəb olduğundan evakuasiya prosesi çətinliklər yaradıb.
Şəhərin meri Pilley-Kini bildirib ki, artıq baş verənlərdən sonra şəhəri yenidən tikmək lazım gələcək. Onun sözlərinə görə, yanğının qarşısını almaq üçün 1000-ə yaxın yanğınsöndürən, 100 vertolyot və 20 təyyarə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə