Rumıniya Liviyadakı səfirliyini bağlayıb

Rumıniya Liviyadakı səfirliyini bağlayıb

Rumıniya Liviyada "təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi səbəbindən" Tripolidəki səfirliyini bağlayıb. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Diplomatik nümayəndəliyin fəaliyyəti rəsmi olaraq mayın 14-dən dayandırılıb, şəxsi heyət köçürülüb.

XİN rumıniyalı vətəndaşlardan ölkəni tərk etməyi məsləhət görüb və onlara lazım gəldikdə Tripolidəki Macarıstan və Kipr səfirliyinə və ya Beynəlxalq Qırmızı Xaç komitəsinin ofisinə müraciət etmək təklif olunub.

Qeyd edək ki, Liviyada ABŞ, Avstraliya, Kanada, Yaponiya, Böyük Britaniya, Türkiyə, İtaliya, Belçika və bir sıra digər ölkələr Liviyadan diplomatlarını çıxarıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə