ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general Ceyms Kartraytın Türkiyəyə rəsmi səfəri başlayıb. SİA-nın xəbərinə görə, səfər Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Aslan Günerin dəvəti ilə baş tutub. Səfər çərçivəsində qonaq Ceyms Kartrayt Türkiyə ordusunun rəhbəri, general İşıq Koşanerlə görüşüb.
Görüşdə PKK terror təşkilatı ilə mübarizədə ABŞ-ın dəstəyinin daha da artırılması məsələsi əsas müzakirə mövzusu olub. Bundan əlavə, ABŞ və Türkiyə rəsmiləri regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.
Səfər zamanı Liviyadakı NATO əməliyyatının gündəmə gəlməsi nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ rəsmisi Ceyms Katrayt İzmirdə NATO Baş Komandanlığını da ziyarət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB