Berlində karantin əleyhinə nümayişlər zamanı ən azı 365 nəfər saxlanılıb

Berlində karantin əleyhinə nümayişlər zamanı ən azı 365 nəfər saxlanılıb

Almaniyanın paytaxtı Berlinin mərkəzində karantin əleyhinə etiraz nümayişləri zamanı ən az 365 nəfər saxlanılıb.

SİA-nın məlumatına görə, bu barədə Berlin polisinin mətbuat xidməti "Twitter"də bildirib.

Bildirilib ki, ümumilikdə nümayişlərdə, ilkin hesablamalara görə, 10 mindən çox insan iştirak edib:

"Saat 19:30-a qədər ümumilikdə 365 nəfər həbs edilib".

Qeyd edilib ki, indiyə qədər əməliyyatda iştirak edən 10 polis əməkdaşı yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə