Türkiyədə son 24 saat ərzində daha 116 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində daha 116 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində daha 116 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 11 820 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 3 742 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 425 628 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 592 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 361 655 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə