NATO aviasiyasının növbəti hava zərbələri nəticəsində Tripolidə korrupsiya ilə mübarizə nazirliyinin və təhlükəsizlik xidmətinin binası yanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hər iki bina Müəmmar Qəddafinin Əl-Cümhuriyyə küçəsində yerləşən iqamətgahına yaxın yerləşir.
Korrupsiya əleyhinə idarənin nümayəndələri bəyan ediblər ki, onların əməkdaşlarından bir neçəsi yaralanıb. Yerli vaxtla saat 03.00-da yanğınsöndürənlər hələ də yanğını söndürə bilməyib. Həmçinin ötən gün Qəddafinin iqamətgahına üç hava zərbələri endirilib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası martın 17-də Liviya üzərində uçuşsuz zonanın tətbiq edilməsini nəzərdə tutan və bu ölkəyə xarici hərbi müdaxilənin mümkünlüyünə imkan verən qətnamə qəbul edib. Martın 19-da başlayan koalisiya qüvvələrinin əməliyyatlarında Böyük Britaniya, Fransa, ABŞ, Kanada, Belçika, İtaliya, İspaniya, Danimarka və Norveç iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB