İsrail Suriya və Livandan BMT-yə şikayət edib

İsrail Suriya və Livandan BMT-yə şikayət edib
Mayın 16-də İsrail həmsərhəd dövlətlərdən - Suriya və Livandan BMT-yə şikayət edib. İsrail hökumətinin mətbuat katibi Aleks Selski mayın 15-də sərhəddə baş verən iğtişaşları buna səbəb kimi gətirib: "İsrail əvvəlcədən mayın 15-də baş verə biləcək zorakılıq halları barədə dünya ictimaiyyətini xəbərdarlıq edib. Lakin Livan və Suriya hakimiyyəti bunun qarşısını almaq üçün heç bir tədbir görməyib. Odur ki, İsrail Suriya və Livandan BMT-yə şikayət edib".

Qeyd edək ki, mayın 15-də İsrail hərbçiləri Suriya, Livan və Qəzza sektorundan tarixi torpaqlarına keçmək istəyən fələstinli qaçqınlara atəş açıb. Ərəb mənbələrinin məlumatına görə, toqquşmalarda 15 nəfərə yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb. Daha çox tələfat Livan sərhədində və Suriya ilə təmas xəttində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə