Mübarəkin həyat yoldaşının da pulları alındı

Mübarəkin həyat yoldaşının da pulları alındı
Hüsnü Mübarəkin həyat yoldaşı Suzanna artıq öz əmlakının dövlətə köçürülməsi barədə sənədə imza atıb. SİA-nın "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, burada söhbət Qahirə ətrafındakı villa və 3,4 milyon dollardan gedir.

Xatırladaq ki, Hüsnü Mübarək korrupsiya, qanunsuz sərvət toplama, səlahiyyətlərindən sui-istifadə etmək və bu yaxınlarda Misirdə baş verən inqilab zamanı nümayişçilərə atəş açmaq əmri verməkdə ittiham olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə