Amerika Birləşmiş Ştatlarının dövlət borcu son həddə- 14,3 trilyon dollara çatıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Birləşmiş Ştatların maliyyə naziri Timoti Qaytner borcun qarşısının alınması üçün tədbirlər görüldüyünü bildirib: "Hökumət 2 iri dövlət fonduna- Əlilliyə görə Sosial Təminat Fonduna və Dövlət Qulluqçularının Pensiya Fonduna ödəmələri dayandırıb".
T. Qaytner qanunvericiləri avqustun 2-dək dövlət borcunun yuxarı həddini qaldırmağa çağırıb: "Yoxsa rəsmi Vaşinqton borc öhdəlikləri üzrə ödəmələri edə bilməyəcəyini elan etməli olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB