Ermənistanın dövlət xidmətlərini tənzimləmə komissiyasının üzvü Mesrop Mesropyan istefa ərizəsini təqdim edib. SİA xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın açıqlamasında deyilir.
Ərizənin 16 noyabr tarixində "Milli Məclisin Prosessual Qaydaları" konstitusiya qanununun 147-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq göndərildiyi qeyd olunur.
Qeyd edək ki, Mesrop Mesropyan bu vəzifəyə 30 may 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyanın təklifi ilə təyin olunmuşdu.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB