Dünyada koronavirusa yoluxanların sayı son sutkada 528 min nəfərdən çox artıb
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 528 mindən çox artıb.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 528 905 nəfər yeni koronavirusa yoluxub, 7 858 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 54 301 156, ölənlərin isə 1 316 994 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB