Ərdoğan və Tatar Lefkoşada Atatürk Anıtını ziyarət edib

Ərdoğan və Tatar Lefkoşada Atatürk Anıtını ziyarət edib

15 Noyabr – Şimali Kipr Türk Cumhuriyyətinin Quruluş Günündə Atatürk Anıtına Çələngqoyma mərasimi keçirilib.

SİA xəbər veir ki, Lefkoşa Atatürk Anıtı önündəki mərasimə Cumhurbaşkanı Ersin Tatar və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Abidəyə çələnglər qoyulduqdan sonra bir dəqiqəlik sükut elan olunub, Türkiyə İstiqlal marşının ardından isə bayraqlar qaldırılıb, ali qonaqlar Xüsusi Xatirə Kitabını imzalayıb.

Mərasimdə Türkiyə Respublikasının Lefkoşadakı səfiri Əli Murat Başçer, Ali Məhkəmə sədri Zərif Fərdi Şəfiq, ana müxalifət CTP sədri Tufan Erhür, Türkiyədən MHP Başçısı Dövlət Bahçeli, hər iki ölkədən nazirlər və digər vəzifəli şəxslər iştirak edib.

Prezident Ersin Tatar və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xüsusi Xatirə Kitabına ürək sözlərini yazıb, KKTC-nin əmin əllərdə olduğunu ifadə ediblər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə