Medvedyev NATO-ya şərt qoşub
Rusiya prezidenti Dimitri Medvedyev NATO-ya şərt qoşub. SİA-nın məlumatına görə, dövlət başçısı NATO ilə strateji ortaqlığı inkişaf etdirməyin qarşılığında tələb irəli sürüb. Belə ki, Rusiya Avropada nüvə stansiyasının qurulmasına razılığını bildirəcək, qarşılığında isə mövqedə Rusiyanın haqqları bərabər olacaq.

Medvedyev NATO-ya üzv olan ölkələrin dövlət başçılarına göndərdiyi məktubda, keçən ilin sonunda Lissabonda təşkil edilən zirvənin Rusiya ilə NATO arasında strateji əlaqələr qurulması üçün fürsət yaratdığını bildirib: \"Rusiya ilə NATO arasında strateji əlaqələr gücləndirilə bilər. Rusiya Avropada nüvə stansiyasının qurulmasına da razılıq verə bilər. Lakin bunlarla yanaşı, biz mövqedəki vəziyyətimizi də düşünməli və düzgün qiymətləndirməyi bacarmalıyıq. Yəni, Rusiya təhlükəsizliyin bölünməzliyinə, qarşılıqlı inama, şəffaflığa inanmasa, belə bir razılıqdan söhbət gedə bilməz. Avropada nüvə stansiyasının yaradılması məsələsinə isə yalnız bir şərtlə razılıq vermək olar ki, Rusiya mövqedə birinci dərəcəli söz sahibi olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə