NATO Trablusu vurub
NATO-nun növbəti hədəfi Trablus olub. SİA-nın məlumatına görə, NATO bu gecə Trablus yaxınlığındakı vətəndaşlara və qoşunlara atəş açıb. Məlumatı Liviya dövlət televiziyası da təstiqləyir.

Liviyanın hərbi səlahiyyətlisi hadisə haqqında məlumat verərək bildirib ki, hər keçən gün NATO-nun əməliyyatları genişləndirdiyi göz qabağındadır: \"Bu gecə NATO qoşunları Trablusa atəş açıblar. Hadisə nəticəsində bölgəyə ciddi maddi zərər dəyib. Bütün bunlar NATO-nun məsələləri həll etmək üçün hərb yoluna üstünlük verməsinin göstəriciləridir. Can itkisi ilə bağlı isə heç bir məlumat yoxdur\".

Qeyd edək ki, axşam saatlarında vətəndaşlar Trablusun mərkəzindən partlayış səsləri gəldiyini xəbərdarlıq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə