Ərdoğan ABŞ-da keçirilmiş seçkilərdə qələbə qazanan Cozef Baydeni təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən prezident seçkilərində əldə etdiyi qələbəsinə görə Respublikaçılar Partiyasından olan namizəd Cozef Baydenə məktub göndərib və onu qələbə münasibətilə təbrik edib.
SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının yaydığı açıqlamada qeyd olunub.
Türkiyə liderinin dəftərxanası tərəfindən yayılan məktubda belə deyilir: “Siz vitse-prezident vəzifəsində işlədiyiniz vaxtlarda dəfələrlə müzakirə etdiyimiz kimi, Türkiyə ilə ABŞ arasındakı münasibətlər köklü təməllərə söykənən strateji bir münasibətdir. Bu gün qlobal və regional səviyyədə qarşılaşdığımız çətinliklər ortaq maraqlara və dəyərlərə söykənən münasibətləri daha da inkişaf etdirməyimizi və gücləndirməyimizi tələb edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB