Qonşu ölkədə daha 2 970 nəfər koronavirusa yoluxub, 22 pasiyent ölüb
Gürcüstanda son sutkada koronavirusa 2 970 yeni yoluxma faktı təsdiqlənib, 2 348 nəfər müalicə olunaraq sağalıb, 22 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Beləliklə, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 63 650 nəfərə çatıb. Onların 47 390-ı sağalıb, 521-i isə ölüb.
Hazırda karantin rejimində 2 765, stasionar nəzarətdə isə 4 709 nəfər var. 3 066 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə olunur.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB