Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" blokunun millət vəkillərinə 2 saat vaxt verilib. SİA xəbər verir ki, etirazçılar deputatların müxalifətə keçmələrini tələb edir.
"Arabo" dəstəsinin komandiri Manvel Yeqiyazaryan "Mənim addımım" blokunun müxalifət qüvvələrinə qoşulacaq millət vəkillərinə müraciət edərək parlamentə gəlmələrini və onların təhlükəsizliyinə zəmanət verəcəklərini deyib. "Əks təqdirdə, Afrikaya qaçsalar da hər kəsi tapacağam və hesab verəcəklər", deyə bildirib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB