Rusiyanın Voronej şəhərində "Baltimor" aerodromunda müddətli əsgərin öz yoldaşlarına balta ilə hücumu nəticəsində azı 3 hərbçi ölüb. SİA-nın xəbərinə görə, məlumatı "RİA Novosti" yayıb. Bildirilib ki, Rusiya İstintaq Komitəsinin yerli hərbi bölməsi də faktı təsdiqləyib. Hadisənin səbəbi açıqlanmayıb. Bununla belə, yerli KİV-in məlumatına görə, noyabrın 9-da həmin əsgər balta ilə öz əsgər yoldaşlarına hücum edib. İddia olunur ki, onlardan birindən avtomat silahı alaraq atəş açıb. Qeyd olunur ki, ölənlərdən 2-si zabit, 1-i əsgərdir.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB