İraq Silahlı Qüvvələrinin müşahidə məntəqəsinə hücum edilib, 11 nəfər ölüb

İraq Silahlı Qüvvələrinin müşahidə məntəqəsinə hücum edilib, 11 nəfər ölüb

Bağdad şəhərindən qərbdə yerləşən İraq müşahidə məntəqəsinə silahlıların hücumu nəticəsində ən az 11 nəfər ölüb, 8 nəfər yaralanıb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin As Sumaria telekanalı bildirib.

Məlumata əsasən, hücum zamanı silahlılar qumbara və avtomatik silahdan istifadə ediblər.

Atışma nəticəsində beş hərbçi və altı mülki şəxs həlak olub.

Həkimlər səkkiz nəfərin yaralandığını bildirib. Yaralananlar Bağdaddakı xəstəxanalarından birinə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə