Ərəb sindromu artıq Avropada

Ərəb sindromu artıq Avropaya keçib. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, İspaniyada kütləvi etiraz aksiyası keçirilib. Ölkədə artmaqda olan işsizliyə və hökumətin sərt iqtisadi islahatlarına qarşı minlərlə adamın iştirak etdiyi dinc nümayiş sonradan iğtişaşlara çevrilib. Madridin mərkəzi \"Sol\" meydanında yüzlərlə nümayişçi polisə şüşə qab atıb, yol kənarındakı baryerləri dağıdıblar. Polislə toqquşmada bir neçə asayiş keşikçisi və nümayişçi xəsarət alıb.

Aksiya iştirakçıları paytaxt Madridin mərkəzindəki əsas magistral yollarda oturaq tətil edib. Polis aksiyanı dağıtmaq üçün dəyənəkdən istifadə edib. 24 nümayişçi həbs olunub. İspaniyada yerli orqanlara seçkilər ərəfəsinə təsadüf edən nümayişlər ölkənin 50-dən çox şəhərində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə