Ermənistanda daha 2 476 nəfər koronavirusa yoluxdu

Ermənistanda daha 2 476 nəfər koronavirusa yoluxdu

Ermənistanda koronavirusa yoluxanların sayı 104 249 nəfərə çatıb.

Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 2 476 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 27 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 533 nəfər koronavirusdan ölüb, 39 458 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə