Ağ Ev binası qarşısında yüzlərlə fəal Trampa qarşı etiraz aksiyalarına başlayıb

Ağ Ev binası qarşısında yüzlərlə fəal Trampa qarşı etiraz aksiyalarına başlayıb

ABŞ-da Ağ Ev binası qarşısında yüzlərlə fəal etiraz aksiyalarına başlayıblar. Onlar ölkədə prezident seçkilərində səslərin sayılmasını tələb edirlər.

SİA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Nümayişçilər prezident Donald Trampa qarşı şüarlar səsləndirərək yürüş edirlər.

Şəhərdə gücləndirilmiş polis dəstələri növbətçilik edir, onlar baş verənlərə qarışmadan vəziyyətə nəzarət edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə