Düşmən bu istiqamətdə geri çəkildiyini ETİRAF ETDİ

Düşmən bu istiqamətdə geri çəkildiyini ETİRAF ETDİ

Noyabrın 2-dən 3-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələri cəbhənin şərq istiqamətində irəliləyib.

SİA xəbər verir ki, Ermənistan hərbi birləşmələri həmin istiqamətdə geri çəkilməyə məcbur olub.

Bu barədə qondarma Dağlıq Qarabağ rejiminin müdafiə ordusu məlumat yayıb. Düşmən geri çəkilməni “daha faydalı döyüş” üçün “taktiki gedişat” kimi izah edib.

Etiraf olunub ki, döyüşlərə nəzarət və taktiki üstünlük Azərbaycan Ordusundadır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə