Çində maye qaz terminalında baş verən yanğın nəticəsində ən azı 5 nəfər ölüb

Çində maye qaz terminalında baş verən yanğın nəticəsində ən azı 5 nəfər ölüb

Çinin cənubundakı Quansi Cuan muxtar bölgəsində inşası davam edən maye qaz (LNG) terminalında baş verən yanğın nəticəsində ən azı 5 nəfər ölüb, bir nəfər itkin düşüb.

SİA "AZƏRTAC"a istinadla xəbər verir ki, Beyhay şəhərində baş verən texnogen hadisə nəticəsində 3 nəfər ağır bədən xəsarətləri alıb.

Hazırda hadisə yerində axtarış işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə