İzmirdə daha 100 nəfər dağıntıların altından xilas edilib

İzmirdə zəlzələ nəticəsində dağıntıların altından daha 100 nəfər çıxarılıb. SİA-nın məlumatına görə, onlar müvafiq xəstəxanalara çatdırılıb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Həmçinin, qeyd edilir ki, İzmirdəki zəlzələ ətrafında sosial şəbəkələrdə təxribat xarakterli məlumatlar yayan 6 şəxs polis tərəfindən saxlanılıb.

Xatırladaq ki, dünən İzmirdə 6,9 bal gücündə zəlzələ olub. Nəticədə 24 nəfər ölüb, 804 yaralı var.

Bütün xəbərlər Facebook səhifəmizdə