Əhmədinejad üç naziri işdən çıxartdı

Əhmədinejad üç naziri işdən çıxartdı
İran Prezidenti Mahmud Əhmədinejad nazirlik məmurlarının ixtisara salınması çərçivəsində üç naziri işdən azad edib. SİA-nın xəbərinə görə, bu barədə məlumat İran prezidentinin rəsmi saytında yerləşdirilib. Məlumatda deyilir: " Neft naziri Seyid Məsud Mirkazımi, sosial təminat naziri Sadıq Məhsuli, sənaye və mədən naziri Əliəkbər Mehrabian İran nazirlikləri rəhbərlərinin 21-dən 17-dək ixtisara salınması planı çərçivəsində vəzifələrindən azad ediliblər\".

Qeyd edək ki, nazirliklərin sayının azaldılması bu il başlayan beşinci beşillik inkişaf proqramı çərçivəsində həyata keçirilir. Nazirlər Kabinetinin qərarına görə, Şəhərsalma Nazirliyi Nəqliyyat Nazirliyi ilə, Sənaye Nazirliyi Ticarət Nazirliyi ilə, Neft Nazirliyi Energetika Nazirliyi ilə və Sosial Müdafiə Nazirliyi İşlər Nazirliyi ilə birləşdirilib. Bunun nəticəsində dörd yeni nazirlik yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə