Ermənistan İranda erməni və yəhudi ər-arvadın edam edilməsinə hələ ki susur
Bir neçə gün öncə Tehranın "Evin" həbsxanasında ər-arvad olan erməni Varujan Petrosyan və yəhudi Adiva Mirza Süleyman Kəliminin hansı ittihamla edam edilməsi məlum deyil. SİA-nın xəbərinə görə, bunu Ermənistanın "Qraparak" qəzeti yazıb.
\"Armenia Today\" bildirir ki, Ermənistandan fərqli olaraq ABŞ Dövlət Departamenti edama etiraz səsini ucaldıb. İnsan haqları məsələlərilə məşğul olan Maykl Pozner Senatın komissiyasında bəyanatla çıxış edərək deyib ki, İranda insan haqlarının vəziyyəti kəskin pisləşib.
Dünən "Qraparak" qəzeti Ermənistan Xarici İşlər Nazirliyinin İran həbsxanasında edam edilən erməninin kimliyini və nə səbəbə edam edildiyi ilə maraqlanıb-maraqlanmadığını öyrənmək istəyib. Əks halda belə fikir yaranır ki, Ermənistan Respublikası diaspor erməniləri ilə yalnız maliyyə vəsaiti yığılarkən və "Ari tun" proqramını həyata keçirərkən maraqlanır.
XİN sözcüsü Tiqran Balayan məsələ ilə bağlı şərh verməkdən imtina edib. Bəzi məlumatlara görə, Tehran yeparxiyasının rəhbəri, arxiyepiskop Sepux İran hakimiyyətinə müraciət ünvanlayıb. İran hakimiyyəti isə belə bir faktın olmadığını bəyan edib. Hazırda ər-arvadın ölüm cəzasına məruz qalmadıqları halda harada saxlandıqları müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB