Əhmədinejat Üsamə bin Ladeninin öldürülməsinin səbəbini açıqladı

Əhmədinejat Üsamə bin Ladeninin öldürülməsinin səbəbini açıqladı
İran prezidenti Mahmud Əhmədinejat ABŞ silahlı qüvvələrini Üsamə bin Ladeni konqres seçkiləriqabağı təşviqat naminə qətlə yetirməkdə ittiham edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, bildirib ki, bu qətl ABŞ-da keçiriləcək seçkilərdə üstünlük qazanmaq naminə edilib: "Mənim əziz qonaqlarım, mən Allaha and içirəm ki, Amerika və Sionist rejimi çıxıb getməyə məhkumdurlar. Özünüzı ədalətlə dolu dünyaya hazırlayın. Mənim dəqiq məlumatım var ki, onun qətlə yetirilməsi nə terrorçuluqla mübarizə ilə, nə də terroçuluqla bağlı olan qrupun məhv edilməsi ilə bağlı deyil. Onlar sadəcə olaraq Birləşmiş Ştatlar cəmiyyətində təbliğatı artırmaq və seçkilərdə xalqın səsini qazanmaq istəyirlər".

Tehranda keçirilən terrorçuluq əleyhinə konfransda çıxış edən Mahmud Əhmədinejat bin Ladenin qətlə yetirilməzdən öncə ABŞ-ın qəyyumluğunda olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə