Liviya üsyançılarının Milli Keçid Şurasının xarici işlər naziri sayılan Mahmud Cibril Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Tom Donilonla görüşüb. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, görüşdə ABŞ və beynəlxalq koalisiyanın Liviya üsyançılarına göstərə biləcəyi əlavə dəstəklə bağlı müzakirə aparılıb.
Eyni zamanda ABŞ Qəddafi rejiminə qarşı vuruşan müxalifətə maliyyə yardımını artırıb. Barak Obama humanitar məqsədlər üçün 53 milyon dollar vəsait, daha 25 milyon dollar isə digər yardım üçün ayırıb. Konqresin icazəsi ilə Qəddafi rejiminin ABŞ banklarında dondurulmuş 30 milyard dollardan çox hesabının bir hissəsinin üsyançı hökumətə ayrılması üzrə işlər görülür.
Liviya üsyançıları yaxın aylarda hərbi tələbatlar, ərzaq, tibbi və digər ləvazimatlar üçün 3 milyard dollara ehtiyacları olduğunu qeyd edib. Eyni zamanda onların ehtiyacı olduğu silahları hələlik heç bir ölkənin göndərmədiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB