Ermənistanın daxili borcu günbəgün artır

Ermənistanın daxili borcu günbəgün artır

Ermənistanın daxili borcu günbəgün artır. Bu ölkənin "Ayots Aşxar" qəzeti yazır ki, ötən il ərzində Ermənistanın ümumi daxili məhsulda daxili borcu 13 faizdən 40 faizə qədər qalxıb. Buna səbəb isə xarici kreditin artması və ÜDM-in azalmasıdır.

Belə ki, bu ilin sonuna qədər ÜDM-ə nisbətdə bu ölkənin daxili borcunun 43-54 faiz təşkil edəcəyi gözlənilir. Ermənistanın Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 1 oktyabr tarixi üçün bu ölkənin borcu 3.7 milyard dollar təşkil edib. Bu isə son iki ildə 2 dəfə artım deməkdir.

Məlumata görə, son 2 il ərzində Ermənistanın daxili borcu 200 milyon dollar artaraq bu gün üçün 165 milyard dram olub.

Bütün xəbərlər Facebook səhifəmizdə