Artıq Ukrayna Rusiyadan təbii qaz idxal etməyəcək. SİA-nın məlumatına görə, Ukraynanın baş naziri Nikolay Azarov bu xəbəri təstiqləyib. Nazir bu ilin ikinci yarısından etibarən qaz idxalının dayandırılacağını bildirərək, bunun səbəbinin qazın bahalaşması olduğunu vurğulayıb: \"Bu ilin ikinci yarısından Rusiyadan idxal etdiyimiz təbii qazın qiyməti bahalaşacaq. Ona görə də ilin ortasına kimi bütün il ölkəni təmin edəcək qədər təbii qaz alacaq, sonra isə idxalı dayandıracağıq\".
Ukraynalı səlahiyyətlilərin sözlərinə görə, Ukraynanın min kub metri üçün 264 dollar ödəyərək idxal etdiyi qazın qiyməti 136 dollar artaraq 400 dollara çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB