Qazaxıstanda koronavirusa daha 148 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 148 nəfər yoluxub.

"Kazinform"nun verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 110 832 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 105 883 nəfəri sağalıb, 1 825 nəfəri isə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə