Son sutka ərzində Fransada 33,4 min nəfər koronavirusa yoluxub

Fransada COVID-19-a gündəlik 33 min 417 yeni yoluxma faktı qeydə alınıb. Həmçinin sutka ərzində 292 ölüm faktı müşahidə edilib.

SİA xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat verib.

Bildirilib ki, epidemiya başlayandan ölkədə ümumi yoluxanların sayı 1 198 695-ə çatıb.

Ümumilikdə xəstəxanalarda 18 min 955 koronavirus xəstəsi var ki, onlardan 2988-i son 24 saat ərzində xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbələrində 2909 ağır xəstədən 431-i son sutkada daxil olub.

Ölkədə yenidən karantin rejimi tətbiq olunmasına dair fikirlər səsləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə