69 milyondan çox ABŞ vətəndaşı prezident seçkilərində erkən səs verib

69 milyondan çox ABŞ vətəndaşı noyabrda keçiriləcək prezident seçkilərində erkən səs verib.

SİA xəbər verir ki, bu barədə məlumat Florida Dövlət Universitetinin professoru Maykl MakDonald tərəfindən yaradılan “United States Elections Project” portalında dərc olunub.

Hesablamalara görə, 46 milyondan çox seçici poçtla, 23 milyondan çoxu şəxsən səs verib.

ABŞ-da 3 noyabr tarixində keçiriləcək ümumi seçkilərdə prezident və vitse-prezident, 35 senator, Nümayəndələr Palatasının 435 üzvü, 13 ştat və ərazi qubernatoru və yerli hökumət rəsmiləri seçiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə