Fransanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb - İranda

Fransa rəsmilərinin İslam peyğəmbəri barədə karikaturaları dəstəkləmələri ilə bağlı Fransanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Florent Aydalot İranın Xarici İşlər Nazirliyinə çağırılıb və İranın rəsmi etirazı ona bildirilib. SİA-nın məlumatına görə, Fransa rəsmisinə çatdırılıb ki, İslam peyğəmbərinə hər hansı hörmətsizlik kəskin şəkildə pislənilir:

"İran Fransada islamofobiyanın güclənməsi və söz azadlığı adı altında nifrətin qızışdırılmasından dərin təəssüflənir".

Bütün xəbərlər Facebook səhifəmizdə