Qonşu ölkədə koronavirusa yoluxanların sayı 30 mini ötdü

Gürcüstanda son sutkada daha 1 872 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 603 nəfər sağalaraq evə buraxılıb, 14 pasiyent isə vəfat edib.

SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 30 303-ə çatıb. Sağalanların sayı 11 370, vəfat edənlərin sayı isə 215 olub. Hazırda karantin rejimində 3 769, stasionar nəzarətdə 3 832 nəfər saxlanılır. 2 249 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə olunur.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə