İranda ötən sutka ərzində koronavirusdan 296 nəfər həyatını itirib

Bu günə olan məlumata görə İranda 6 min 191 nəfər koronavirusa yoluxub, 296 nəfər isə vəfat edib.

SİA xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə, İranda virusa yoluxanların ümumi sayı 568 min 896 nəfər, ölənlərin sayı isə 32 min 616-ya çatıb.

Müalicəsi davam edən 4 min 969 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 455 min 54 nəfər sağalaraq evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...