Koronavirusa yoluxanların sayı 43 milyonu ötdü Dünyada

Dünyada koronavirusa yoluxan 31 709 367 nəfər sağalıb, 1 155 558 nəfər isə virusdan ölüb. SİA-nın verdiyi məlumata görə, indiyədək 43 004 049 nəfərə COVID-19 diaqnozu qoyulub. Beləliklə, son 1 həftədə dünyada daha 3 milyon nəfərin koronavirusa yoluxduğu müşahidə olunub. Ən çox yoluxma halları ABŞ (8 827 932), Hindistan (7 866 740) və Braziliyada (5 381 224) qeydə alınıb. Qeyd edək ki, oktyabrın 24-nə olan məlumata görə, Azərbaycanda indiyədək 49 013 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 41 051 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 664 nəfərdir. Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 359 784 nəfər yoluxub, 313 093 nəfər sağalıb, 9 727 nəfər ölüb. Rusiyada indiyədək 1 513 877 nəfərdə koronavirus aşkarlanıb, onlardan 1 138 522-si sağalıb, 26 050-si ölüb. İranda isə 562 705 nəfərə koronavirus diaqnozu qoyulub.

Son məlumata görə, bu ölkədə 32 320 nəfər pandemiyanın qurbanı olub. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 28 431-ə çatıb. Onların 10 767-si artıq sağalıb, 201-i isə vəfat edib. Ermənistanda indiyədək 77 837 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 50 908 nəfər sağalsa da, 1 180 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə