Koronavirusa yoluxma sayında rekord artım

Dünyada son sutka ərzində yeni növ koronavirusa yoluxma sayında rekord artım qeydə alınıb. SİA "TASS"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında bildirilir. Ötən gün 465 322 nəfər koronavirusa yoluxub, 6572 pasiyent dünyasını dəyişib. Son məlumata əsasən, virusa yoluxanların ümumi sayı 42 946 446, ölənlərin sayı isə 1 154 857 nəfərə çatıb. Bu günədək 31 673 006 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemiya 210-dan çox ölkədə aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə