Danimarkada saat 22:00-dan sonra alkoqol satışı qadağan edilib

Danimarka hakimiyyəti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün qrup şəklində toplanma məhdudiyyətini 50 nəfərdən 10 nəfərədək düşürdərək sərtləşdirməyə və 22:00-dan sonra alkoqol satışını qadağan etməyə qərar verdi.

SİA "İnterfaks"a istinadən xəbər verir ki, ölkə vətəndaşlarından da bütün qapalı ictimai yerlərdə maskalar taxmaq tələb olunur.

Toplanma sayının məhdudlaşdırılması ən azı dörd həftə davam edəcək, saat 22:00-dan sonra spirtli içkilərin satışının qadağan olunması və qapalı ictimai yerlərdə maska ​​taxma tələbi isə 2 yanvar tarixinədək davam edəcəkdir.

Danimarka Səhiyyə Naziri Maqnus Hoynike brifinqdə ölkədəki gündəlik təsdiqlənmiş 859 koronavirus infeksiyası hadisəsini qeyd edərək deyib: "Xəstəxanaya yerləşdirmə sayında ani artım üçün hazır olmalıyıq".

Nazir Danimarkanın 5.8 milyon əhalisi üçün kifayət qədər COVID-19 aşısının aldığını da vurğuladı. Bildirilir ki, hökumət səlahiyyətliləri peyvənd hazırlayan "Johnson & Johnson" ilə Danimarka arasında müqavilə imzalayıblar.

Ümumilikdə ölkənin 38.6 min sakini koronavirusa yoluxub, yoluxmanın nəticəsindən əmələ gələn xəstəliklərdən 697 nəfər ölüb, 31,2 min nəfər tam sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...